Beyləqanda üç avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.
Qəza zamanı iki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobil toqquşub, nəticədə avtomobillərdən birində olan sərnişin xəsarət alıb. 1990-cı il təvəllüdlü kişiyə alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin açıq kəsilmiş yarası və sol dizin sıyrılması diaqnozu qoyulub, o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.
(APA)