Modern.az

Günəşdə güclü partlayış

Günəşdə güclü partlayış

Hadisə

Bu gün, 15:50

Günəşdə M sinfindən olan partlayış qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Aprelin 9-da Moskva vaxtı ilə saat 11:47-də (Bakı vaxtı ilə saat 12:47-də) rentgen diapazonunda M1.0 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər. (TASS)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada