Modern.az

Ötən ay kanalda batan Zaminin meyiti tapıldı

Ötən ay kanalda batan Zaminin meyiti tapıldı

Hadisə

10 Aprel 2026, 23:24

Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.

Modern.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfindən az öncə tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb.

(Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ