Modern.az

Xaçmazda zəncirvari - 3 maşın toqquşdu

Xaçmazda zəncirvari - 3 maşın toqquşdu

Hadisə

Bu gün, 13:24

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Xaçmaz-Quba yolunda qeydə alınan qəza zamanı BMW markalı minik avtomobili “VAZ 21010”la toqquşandan sonra təmir sexində duran "Priora"ya və ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi