Modern.az

Gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər

Gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər

İdman

14 May 2024, 15:18

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a bildiriblər ki, yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu bacarığını nümayiş etdirəcək.

 

Milli komanda məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaq.

 

Həmçinin turnirdə Dürdanə Əhmədova hakim kimi ölkəmizi təmsil edəcək.

 

Dünya Kuboku mayın 17-19-da təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə