Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun oyunları davam edəcək.
Modern.az xəbər verir ki, "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edəcək. Matç saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
10 dekabr
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
21:45."Vilyarreal" (İspaniya) - "Kopenhagen" (Danimarka)
00:00. "Atletik" (İspanaiya) - PSJ (Fransa)
00:00. "Bayer" (Almaniya) - "Nyukasl" (İngiltərə)
00:00. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya)
00:00."Brügge" (Belçika) - "Arsenal" (İngiltərə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Bodo/Qlimt" (Norveç)
00:00. "Yuventus" (İtaliya) - "Pafos" (Kipr)
00:00 "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)