Modern.az

"Qarabağ" "Nyukasl"la oyun üçün bu futbolçuları siyahıya saldı

"Qarabağ" "Nyukasl"la oyun üçün bu futbolçuları siyahıya saldı

İdman

6 Fevral 2026, 13:59

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Modern.az xəbər verir ki, iştirakçı siyahısını klubun mətbuat xidməti açıqlayıb.

Zədə səbəbindən əvvəlki oyunlarda iştirak edə bilməyən yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqinə daxil edilib.

Beləliklə, iştirak ərizəsində aşağıdakı futbolçular yer alıb:

Qapıçılar: Amin Ramazanov, Fabian Buntiç, Mateuş Koxalski

Müdafiəçilər: Mateus Silva, Sami Mmae, Bəhlul Mustafazadə, Dani Bolt, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, Aleksey Kaşuk, Toral Bayramov, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Joni Montiel

Hücumçular: Emmanuel Addai, Musa Qurbanlı, Kamilo Duran, Nəriman Axundzadə

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da başlanacaq.

 

Sizə yeni x var
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?