Modern.az

Futbol tarixində inqilabi qərar

Futbol tarixində inqilabi qərar

İdman

12 Fevral 2026, 09:50

Yaponiya futbol liqasında oyunların heç-heçə başa çatması qaydası ləğv edilib.

Modern.az xəbər verir ki, yeni eksperimental qayda Yaponiya çempionatının 2026-cı il mövsümündə tətbiq olunur.

Qeyd olunur ki, Yaponiyada yenicə start götürmüş mövsüm qısaldılmış formatda keçiriləcək və may ayınadək davam edəcək. Növbəti mövsümdə isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sisteminə keçid edəcək.

Yeni qaydalara əsasən, çempionat oyunu heç-heçə başa çatdıqdan sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Oyunun əsas vaxtında qələbə qazanan komanda əvvəlki kimi üç xal qazanacaq. Penaltilər seriyasında qalib gələn komanda iki xal, məğlub olan komanda isə bir xal əldə edəcək.

Artıq çempionatın birinci turu keçirilib və bu tur çərçivəsində dörd matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib. (Oxu.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı