Modern.az

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

İdman

13 Fevral 2026, 09:32

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX tura start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq.

Turnir cədvəlində Ağdam təmsilçisi 42 xalla 2-ci, İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur. Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Hazırda 32 xalı olan paytaxt təmsilçisi 4-cü sırada yer alıb. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev Rusiyada kimlərə zəng edib? - ŞOK DETALLAR