Modern.az

Ərzurum Dünya Kubokuna ev sahibliyi edəcək

Ərzurum Dünya Kubokuna ev sahibliyi edəcək

İdman

23 Fevral 2026, 14:19

Qardaş Türkiyə idman turizmindəki uğurlarını davam etdirir. Qış mövsümü bu sahədə böyük həyəcan və xüsusi canlanma yaradır. Türkiyənin ən mühüm qış idman mərkəzlərindən biri olan Erzurumun məşhur Palandökən xizək mərkəzi beynəlxalq idman yarışına ev sahibliyi etməyə hazırlaşır.

Beynəlxalq arenada öz mövqeyini qəti şəkildə möhkəmləndirən Ərzrum İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən "2025-ci ilin turizm paytaxtı" seçilib. Eyni zamanda Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) tərəfindən də "İlk Avropa qış idman paytaxtı" elan edilib. Beləliklə, Palandökən xizək mərkəzi müasir infrastrukturu və əlverişli şəraiti mötəbər yarışları qəbul etməyə hazırdır.

FIS Snoubord Kross üzrə Dünya Kuboku cari ilin 6-8 martında məhz Ərzurumun Palandökən Xizək Mərkəzində keçiriləcək. Qeyd edək ki, Palandökən 2-ci dəfə bu qəbildən yarışa ev sahibliyi edəcək. Snoubord kross yarışlarında 20 ölkədən 300-ə yaxın idmançının iştirakı gözlənilir. 3 gün davam edəcək adrenalin dolu yarışlar zamanı dünyanın ən mahir snoubordçuları Palandökənin çətin enişlərində birincilik uğrunda mübarizə aparacaqlar. Bu sürətli və həyəcanlı anlar Erzurumu bir daha beynəlxalq idman mediasının diqqət mərkəzinə gətirəcək.

Palandökən Xizək Mərkəzi bu il yalnız beynəlxalq idman yarışları ilə deyil, həm də qış mövsümünə rəng qatan canlı tədbirləri ilə diqqət çəkir. Mərkəzdə 2020-ci ildən etibarən ənənəvi olaraq hər il "Frozen Festival" tədbiri keçirilir.

Palandökən şəhəri turizm üçün maraqlı məkanlardan biridir. Bura Türkiyənin ən möhtəşəm təbiət möcüzələrindən biri olan Tortum şəlaləsi, Narman Pəribacaları və İspir Yeddi Gölləri ilə, Ulu Məscid və Qoşa Minarəli Mədrəsəsi,  Əziziyə və Məcidiyə qala mövqeləri ilə məşhurdur. Mətbəxindən isə doymaq mümkün deyil. Odun atəşində bişən məşhur "Çağ kababı" və şərbətli "Kadayıf dolması" şox ləzizdir.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı