Modern.az

“Qarabağ”a baxışa gələcək afrikalı futbolçuların ADLARI

“Qarabağ”a baxışa gələcək afrikalı futbolçuların ADLARI

İdman

23 Fevral 2026, 19:55

“Qarabağ” Futbol Akademiyasına baxışa gələcək iki nigeriyalı futbolçunun adı bəlli olub.

Modern.az xəbər verir ki, bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat verib.

O, hər iki oyunçunun 2008-ci il təvəllüdlü olduğunu bildirib: “Bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur. Biri hücumçu, digəri isə müdafiəçidir. Onların hansı tarixdə Azərbaycana gələcəyi bəlli deyil”.

Həmin oyunçular “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf edilib. (AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı