Modern.az

"Barselona" Yamalı 250 milyona satmayıb

"Barselona" Yamalı 250 milyona satmayıb

İdman

24 Fevral 2026, 10:57

İspaniya çempionu "Barselona" hələ iki il əvvəl Fransa çempionu PSJ-nin ispan cinah oyunçusu Lamin Yamal üçün 250 milyon avro məbləğində təklifini rədd etmişdi.

Modern.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta bildirib.

"Bu, 2 il əvvəl idi. PSJ bizə Lamin Yamal üçün 250 milyon avro təklif etdi. Biz imtina etdik. O zaman onun 17 yaşı var idi. Bəzi insanlar bizim dəli olduğumuzu düşünürdülər", - deyə Laporta jurnalist Fabritsio Romanoya müsahibəsində bldirib.

Yamal "Barselona"da 2023-cü ilin aprelində 15 yaş 290 günlüyündə debüt edib. Cari mövsümdə ispan futbolçu "Barselona"nın heyətində 33 oyun keçirib, 15 qolun və 14 məhsuldar ötürmənin müəllifi olub. “Transfermarkt” onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı