Modern.az

Federasiyanın mərkəzi aparatı Kəlbəcərə köçürülsün - TƏKLİF

Federasiyanın mərkəzi aparatı Kəlbəcərə köçürülsün - TƏKLİF

İdman

Bu gün, 13:23

Azərbaycan Savat Federasiyasının mərkəzi aparatı 30 illik iğaldan sonra Kəlbəcərdə fəaliyyət göstərsin.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşü zamanı Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev deyib.

“Biz beynəlxalq yarışlarda görürük ki, digər ölkələrdə idman federasiyalarının mərkəzi ölkələrin paytaxtında deyil başqa şəhərlərində fəaliyyət göstərir. Bu baxımdan rəhbəri olduğum Federasiyanın mərkəzinin Kəlbəcərə köçürülməsini təklif edərdim. Xahiş edirəm ki, bu təklifi nəzərə alın, müvafiq qurumlara yönləndirin” – o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var