Modern.az

Millimiz ABŞ-yə qalib gəldi - Finala yüksəldi

Millimiz ABŞ-yə qalib gəldi - Finala yüksəldi

İdman

Bu gün, 12:24

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Modern.az xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Final görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?