Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Nazirlikdən Modern.az-a bildirilib ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Tədbirdə 2026-cı il üçün “İdman səfirləri” və 2027-ci il üçün “İdman Paytaxtı” seçimi ilə əlaqədar namizədlərin təqdimatları dinlənilib, səsvermə keçirilib.
Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.
Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib.