UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Modern.az xəbər verir ki, ikinci oyunun günündə daha 4 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Liverpul"a 4:0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
"Barselona", "Bavariya", "Liverpul" və "Atletiko" 1/4 final mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
18 mart
"Barselona" (İspaniya) – "Nyukasl" (İngiltərə) - 7:2
Qollar: Rafinya, 6, 72, Bernal, 18, Yamal, 45+7, Lopez, 51, Levandovski, 56, 61 // Elanqa, 15, 28
(İlk oyun - 1:1)
"Bavariya" (Almaniya) – "Atalanta" (İtaliya) - 4:1
Qollar: Keyn, 25 (pen), 54, Karl, 56, Dias, 70 // Samaridiç, 85
(İlk qoyun - 6:1)
"Liverpul" (İngiltərə) – "Qalatasaray" (Türkiyə) - 4:0
Qollar: Soboslayi, 25, Ekitike, 51, Qravenberx, 53, Salah, 62
(İlk oyun - 0:1)
"Tottenhem" (İngiltərə) – "Atletiko" (İspaniya) - 3:2
Qollar: Muani, 30, Simons, 52, 90+1 (pen) // Alvares, 47, Hançko, 75
(İlk oyun - 2:5)