21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz 5-ci pillədə qərarlaşır.
Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.