Modern.az

Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq

Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq

İdman

Bu gün, 00:46

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.

Modern.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA