Modern.az

Basketbolçular məşqə çıxmaqdan imtina etdilər - Maaşları ödənilmir

Basketbolçular məşqə çıxmaqdan imtina etdilər - Maaşları ödənilmir

İdman

Bu gün, 14:43

Tarixinin ən çətin dövrünü yaşayan “Karşıyaka” basketbol klubunda böhran davam edir.

Modern.az xəbər verir ki, oyunçular maaşlarının ödənilmədiyini əsas gətirərək məşqə qatılmayıblar.

Həmçinin bildirilib ki, əcnəbi basketbolçular bu həftə ödənişlərini almayacaqları halda, müqavilədə göstərilən sərbəstqalma bəndindən istifadə edəcəklər.

Əlli iki ildir fasiləsiz olaraq Superliqada mübarizə aparan “Karşıyaka” komandası hazırda çempionatda 24 turdan sonra 29 xalla 15-ci pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!