Azərbaycanın veteran futbolçusu Füzuli Şeydayev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi "Şimal" futbol klubu məlumat yayıb.
O, Xaçmaz şəhərində qəfildən ürək tutmasından 48 yaşında vəfat edib.
Şeydayev həvəskarlar liqasında “Nabran” və “Xaçmaz” komandalarının şərəfini qoruyub, U-16 yığmasının üzvü olub.
Mərhum futbolçu əslən Qusar rayonundandır.