Modern.az

Maliyyə Nazirliyi depozit hərracı keçirdi

Maliyyə Nazirliyi depozit hərracı keçirdi

İqtisadiyyat

12 Sentyabr 2025, 17:06

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə Modern.az-a nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 450 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə