Modern.az

Mərkəzi Bank 2026-cı il pul siyasətinə yenidən baxacaq 

Mərkəzi Bank 2026-cı il pul siyasətinə yenidən baxacaq 

İqtisadiyyat

25 Dekabr 2025, 09:24

2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə Modern.az quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq.

Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır