Modern.az

Azərbaycanda 10 bank bayramda işləməyəcək - SİYAHI

Azərbaycanda 10 bank bayramda işləməyəcək - SİYAHI

İqtisadiyyat

29 Dekabr 2025, 13:50

Azərbaycanda 31 dekabr - 4 yanvar tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan 10-u fəaliyyət göstərməyəcək.

Modern.az xəbər verir ki, həmin banklar "Azər-Türk Bank”, "Bank of Baku”, "Bank VTB Azərbaycan”, "Expressbank”, "Rabitəbank”, "Bank BTB”, "Premium Bank", "Bank Avrasiya", "Unibank" ASC-lər, İran Milli Bankının Bakı filialıdır.

Qalan 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək. (Mənbə: valyuta.az)

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi