Modern.az

Yaşayış minimumu 300 manat oldu

Yaşayış minimumu 300 manat oldu

İqtisadiyyat

29 Dekabr 2025, 14:30

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi