Modern.az

İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

İqtisadiyyat

29 Dekabr 2025, 14:44

"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqlənib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi