Modern.az

Azərbaycan xaricdəki payını artıracaq

Azərbaycan xaricdəki payını artıracaq

İqtisadiyyat

29 Dekabr 2025, 17:30

Azərbaycan hökuməti 2026-cı ildə ölkənin beynəlxalq və ikitərəfli investisiya fondlarında payının ödənilməsi üçün 100 milyon manat ayıracaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulub.

Hazırda Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla ikitərəfli investisiya fondları və inkişaf fondları fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan və Oman 2025-ci ildə ikitərəfli Birbaşa İnvestisiya Fondunun yaradılması barədə razılaşıb.

Mövzu ilə bağlı Modern.az – a iqtisadçı Akif Nəsirli danışıb.

O bildirib ki Azərbaycanın xaricə sərmayəsi ilk növbədə siyasi strategiyadır:

“Burada məqsəd yalnız maddi qazanc deyil. Mərkəzi Asiya türk xalqları, eyni zamanda Türkiyə ilə sərmayə mübadiləsi tük xalqlarının birliyi ideologiyası yolunda atılan addımdır”.

A.Nəsirli qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri kifayət qədər iqtisadi gücə sahibdir və sərmayə əməkdaşlığı perspektivli olacaq:

“İnvestisiyanın daxilə yönəldilməsi məsələsinə gəlincə, burada maliyyə amnistiyası tətbiq edilməlidir. Sahibkarlığa dəstək məqsədi ilə müvafiq qanunvericiliyin formalaşdırılması davam etdirilməlidir”.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi