2026-cı il üçün dünyanın ən böyük iqtsadiyyatlarına sahib olacaq ölkələrin siyahısı açıqlanıb.
Modern.az xəbər verir ki, proqnozlara görə ən böyük iqtisadiyyat ABŞ-a məxsus olacaq.Gələn il ABŞ-nin Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 31,8 trilyon dollar olacaq. Növbəti yerlərdə Çin (20,6 trl. dollar) və Almaniya (5.3 trl. dollar) yerləşib.
Gələn il üçün ÜDM həcminə görə Rusiya 2,5 trilyon dollarla 9-cu, Türkiyə isə 1,5 trilyon dollarla 16-cı pillədə qərarlaşacaq.