Modern.az

Reaktiv mühərriklər üçün yanacaqla bağlı güzəşt 1 il uzadıldı

Reaktiv mühərriklər üçün yanacaqla bağlı güzəşt 1 il uzadıldı

İqtisadiyyat

30 Dekabr 2025, 15:24

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxalı gömrük rüsumundan azad edilmə müddəti uzadılıb.

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi qərarında əksini tapıb.

TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31 dekabr 2025-ci ildə başa çatırdı. Bu müddət 31 dekabr 2026-cı ilədək uzadılıb.

Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün güzəştli aksiz dərəcəsinin müddəti də 31 dekabr 2026-cı ilədək uzadılıb. Başqa sözlə, 1 ton üçün 80 manat deyil, 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ