Modern.az

Neft bahalaşacaq - Orban narahatdır

Neft bahalaşacaq - Orban narahatdır

İqtisadiyyat

4 Yanvar 2026, 00:50

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesueladakı hərbi əməliyyatı və Prezident Nikolas Maduronun həbsi qlobal bazarlarda neft qiymətlərinin artmasına səbəb ola biləcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Macarıstan hökuməti artıq enerji sektorunun nümayəndələri ilə təcili məsləhətləşmələr aparıb: "Bu gün Macarıstanı Venesuela böhranının nəticələrindən qorumaq üçün Macarıstanın enerji sektorundakı əsas oyunçularla məsləhətləşmələr apardıq. Bu böhran qiymətlərin artmasına səbəb ola bilər. Macarıstan hökuməti bunun üzərində işləyir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?