Modern.az

Bu il Qarabağ Universitetinə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI

Bu il Qarabağ Universitetinə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI

İqtisadiyyat

5 Yanvar 2026, 15:52

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub. 

Modern.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası - 100 nəfər) üzrə 2025/2026-cı tədris ilindən etibarən 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, 2025/2026-cı tədris ilindən fəaliyyətə başlamış və mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı “Azərbaycan – Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə 6 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edilib ki, ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili  ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 15 milyon manat vəsait ayrılacaq. Strategiya sənədində ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi üzrə dövrün sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi ilə bağlı 85 milyon manat vəsait nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ