Modern.az

Azərbaycanda İslam bankçılığı  - Gəlir nədən əldə edilir?

Azərbaycanda İslam bankçılığı  - Gəlir nədən əldə edilir?

İqtisadiyyat

5 Yanvar 2026, 18:08

İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu modelin təməl prinsipi faizin (riba) qadağan olunmasıdır. Yəni İslam bankçılığında kreditlər üzrə faiz tətbiq edilmir. Bunun əvəzində banklar real iqtisadi fəaliyyətə əsaslanan mexanizmlər vasitəsilə gəlir əldə edir. Bank puldan pul qazanmır, mal, xidmət və layihə üzərindən qazanc götürür.

Modern.az mövzu ilə bağlı istər bank sektoru, istərsə də din xadimlərindən mövzu ilə bağlı fikir alıb. 

İslam bankçılığını tətbiq edən "Rabitəbank"dan Modern.az-a açıqlamada qeyd olunub ki, İslam bankçılığında bütün maliyyə əməliyyatları faizsiz həyata keçiriləcək. Bu prinsipə əsasən, komissiya və s. kimi əlavə tutulmaların da fərqli qayda ilə tətbiq olunur.

Mövzu ilə bağlı saytımıza danışan ilahiyyatçı Ağa Hacıbəyli isə qeyd edib ki, bank sistemi İslamdan başlamayıb, ona görə də İslamın bankçılıqla birbaşa əlaqəsi yoxdur.

Onun sözlərinə görə, İslamın özü öz prinsiplərində, nəzərdə tutduğu bank üsul və metodlarında faizə əsaslanmayan yanaşmalar təqdim edir:

“Quranda Rəbbimiz buyurur ki, faizlə məşğul olmaq Allah və Onun Rəsuluna qarşı üsyan etmək, savaş açmaq deməkdir. Buna görə də İslam dinində faizlə bağlanan razılaşmalar yasaqdır. Faiz müqavilələrinin nəticəsində dünyanın bir tərəfində sərvət artarkən, digər tərəfində insanların sərvəti azalır. Bu isə ədalətin pozulması deməkdir. Dünyada yenidən İslama qayıdış, İslamın təkrar tətbiqi baş verməlidir. İslam sivilizasiyası insanyönümlüdür. Kasıblara, yetimlərə, imkansızlara kömək etmək hökmdür. Bu baxımdan, İslam dilindəki bank anlayışı faizə əsaslanmır.

İslam fəlsəfəsində prinsip budur ki, pul mübadiləsi faizə yox, borca əsaslanır. Yəni, bir insan bir işə başlayanda və ya kiçik biznesdə məşğul olduqda, qazandığı məbləği işində istifadə edir. Sonradan bu məbləği borc olaraq geri qaytaranda, istəsə, oraya bir hədiyyə də verə bilər. Hədiyyə könüllüdür, tələb edilmir ki, mütləq verməlisən. Əgər insan xüsusi bir iş tapırsa və iş sahibi olduqdan sonra borcunu qaytarır. Əlavə pay verməsi müsbət bir addım hesab olunmalıdır. Lakin bu məcburi deyil, sadəcə könüllü bir davranışdır”.

Faktiki bank prosedurlarının hamısını zidd hesab edən ilahiyyatçı əlavə edib ki, layihədə “bank” deyil, başqa ad istifadə olunması yaxşı olardı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ