Modern.az

Naxçıvanın büdcə gəlirləri ARTIB

Naxçıvanın büdcə gəlirləri ARTIB

İqtisadiyyat

6 Yanvar 2026, 16:12

Növbəti büdcə ilində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri üzrə əhəmiyyətli dəyişiklik proqnozlaşdırılmış, Qanun layihəsində gəlir mənbələrinin cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 15-i artımla, 2-si isə azalma ilə nəzərdə tutulmuşdur.

Modern.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2026-cı il Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 2024-cü ilin icra göstəricisindən 36,5 mln.manat çox, 2025-ci ilin proqnoz göstəricilərindən 10,0 mln.manat az və gözlənilən icra göstəricisindən isə 22,5 mln.manat çox olmaqla 483,2 mln.manat proqnozlaşdırılmışdır. 

Təqdim edilmiş məlumatların təhlilinə əsasən 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərində (gəlir və xərcləri tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılması proqnozlaşdırılan dotasiya istisna olmaqla) cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 1 istiqamət istisna olmaqla artım tendensiyası müşahidə edilmişdir. 

Bundan əlavə, növbəti büdcə ilində Naxçıvan Muxtar Respublikası büdcəsinin mədaxil mənbələri üzrə daxilolmaları (dövlət büdcəsindən dotasiya nəzərə alınmadan) 271,6 mln.manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin icra göstəricisindən 10,0 mln.manat, 2025-ci ilin proqnoz göstəricilərindən 64,1 mln.manat, cari ilin gözlənilən icrası ilə müqayisədə isə 10,9 mln.manat çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır