Modern.az

Azərbaycan qızıl ehtiyatına görə dünyada ilk “25-lik”dədir

Azərbaycan qızıl ehtiyatına görə dünyada ilk “25-lik”dədir

İqtisadiyyat

7 Yanvar 2026, 14:26

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunduğunu bildirib.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır:

“Son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dollarlıq hissəsini, yəni 32,8 faizini qızıl investisiyaları təşkil edir.

Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1.7 dəfə artıb. Yarım illik yekunlarında isə artım 1.2 dəfə çatıb. Son 1 ayda isə qızıl 35 faiz bahalaşıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır”.

Deputat bildirib ki, “Trade Economics” təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk “25-lik”də qərarlaşıb. Ehtiyatların həcminə görə isə ABŞ 8,133 min tonla dünyada birincidir. İlk üçlüyü isə Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) tamamlayır.

“Göründüyü kimi, Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Bu isə iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir”, - V.Bayramov əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır