Modern.az

Maliyyə Nazirliyi ötən il 121 milyon manat depozit gəliri əldə edib

Maliyyə Nazirliyi ötən il 121 milyon manat depozit gəliri əldə edib

İqtisadiyyat

7 Yanvar 2026, 14:30

2025-ci ilin doqquz ayı ərzində keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98.6 milyon manat məbləğində faiz gəliri daxil olub.

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Mərkəzi Bank vasitəsilə xarici valyuta vəsaitlərinin başqa ölkələrdə likvid fondlara yerləşdirilməsi və idarə olunması sayəsində 22.4 milyon manat ekvivalentində əlavə gəlir qazanılıb.

Beləliklə, vahid xəzinə hesabının effektiv idarə olunması nəticəsində 2025-ci il üzrə dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin edilib.

2025-ci ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə depozitlərə yerləşdirilməyə başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır