Modern.az

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

İqtisadiyyat

7 Yanvar 2026, 16:36

2025-ci ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub.

Modern.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11,9 % və ya 684,9 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 % artaraq 4,3 milyard manata yaxın olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10 % artaraq 228,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 % artaraq 173,3 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 1,1 milyard manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 793,4 milyon manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır