Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı əvvəlki aya nisbətən 105 min barel artaraq gündəlik 28 milyon 564 min barelə çatıb.
Modern.az OPEC-in hesabatına istinadla xəbər verir ki, təşkilat üzrə ötən ay hasilatın ən böyük artımı İraqda, ən böyük azalma isə Venesuelada baş verib. İraqda hasilat 55 min barel artaraq sutkada 4 milyon 119 min barel olub. Venesuelada isə istehsal 60 min barel azalaraq gündəlik 896 min barelə düşüb.
Hesabat ayında OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı noyabrla müqayisədə 238 min barel azalaraq gündəlik 42 milyon 831 min barel təşkil edib.