Modern.az

Dövlət Xidməti su nasoslarına 3,5 milyon ayırdı

Dövlət Xidməti su nasoslarına 3,5 milyon ayırdı

İqtisadiyyat

3 Mart 2026, 15:50

Regionlarda su təminatının yaxşılaşdırılması və kənd təsərrüfatı sahələrinin suvarma imkanlarının genişləndirilməsi məqsədilə növbəti investisiya layihəsinə start verilir.

Modern.az xəbər verir ki, "Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi subartezian nasos aqreqatlarının satın alınması ilə bağlı genişmiqyaslı tender elan edib.

İnfrastrukturun yenilənməsinə 3.541.642,65 azn vəsait ayrılır.

Layihə çərçivəsində respublikanın regionlarında fəaliyyət göstərən subartezian quyularının texniki bazasının gücləndirilməsi və səmərəliliyin artırılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!