Modern.az

Nazirlik kiberhədələrə qarşı avadanlıq alır - 1,2 milyon manata

Nazirlik kiberhədələrə qarşı avadanlıq alır - 1,2 milyon manata

İqtisadiyyat

3 Fevral 2026, 10:30

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti informasiya sistemlərinin kiberhədələrdən müdafiəsini gücləndirmək məqsədilə irimiqyaslı satınalma elan edib.

Modern.az xəbər verir ki, "Şəbəkə təhlükəsizliyi avadanlığı"nın satın alınması üçün müəyyən edilmiş ehtimal olunan qiymət 1 193 717,50 azn təşkil edir.

Müsabiqə çərçivəsində qurumun daxili və xarici şəbəkələrinin təhlükəsizliyini təmin edəcək müasir texnoloji avadanlıqların alınması nəzərdə tutulur.

Bu layihə vergi ödəyicilərinin məlumatlarının konfidensiallığının qorunması və rəqəmsal xidmətlərin kəsintisiz fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!