Modern.az

Qubadlıda böyük tikinti - 36 milyon manat ayrıldı

Qubadlıda böyük tikinti - 36 milyon manat ayrıldı

İqtisadiyyat

3 Fevral 2026, 16:42

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin salınması planlaşdırılır.

Modern.az xbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilən tender müsabiqəsi şəhərdə çoxsaylı yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edir.

Mərkəzi qərargahı Zəngilan şəhərində yerləşən satınalan təşkilat bu layihənin icrası üçün qiyməti 36 225 492,39 azn məbləğində müəyyən edib.

Tikinti işləri müasir şəhərsalma tələblərinə uyğun olaraq həyata keçiriləcək və Qubadlı şəhərinin yaşayış infrastrukturunun təməlini təşkil edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!