Modern.az

Xankəndi, Ağdərə və Xocalıya Novruz tədbirləri 695 min manata başa  gələcək

Xankəndi, Ağdərə və Xocalıya Novruz tədbirləri 695 min manata başa  gələcək

İqtisadiyyat

19 Fevral 2026, 09:04

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2026-cı il üzrə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında keçiriləcək bayram tədbirləri xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Modern.az xəbər verir ki, tenderin qalibi "The Event Company" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə 695 085 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 951 884 manat təşkil edirdi.

Qeyd edək ki, bu bayram tədbiri xidməti Novruz bayramı ilə əlaqədardır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı