Modern.az

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

İqtisadiyyat

19 Fevral 2026, 09:36

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları və ya 2,94 % artaraq 70,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı