ABŞ Prezidenti Donald Tramp əməliyyatın başa çatmasından sonra neft qiymətləri azalacağını deyib.
Modern.az xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə açıqlayıb.
“Bəli, qısa müddət ərzində qiymətlər yüksək qala bilər. Amma əməliyyat tamamlandıqdan sonra qiymətlər enəcək,” – Tramp vurğulayıb.
Onun sözlərinə görə, nəticədə neftin qiyməti hətta ABŞ-ın İrana zərbələrinə başlamazdan əvvəlki səviyyədən də aşağı düşə bilər.