Modern.az

Qazın qiyməti 30% bahalaşdı

Qazın qiyməti 30% bahalaşdı

İqtisadiyyat

Bu gün, 13:16

Avropada qaz qiymətləri təxminən 30% artaraq 2023-cü ilin yanvar ayı səviyyəsinə çatıb.

Modern.az xəbər verir ki, Yaxın Şərqdəki vəziyyət təkcə neft qiymətlərində deyil, həm də qaz qiymətlərində artıma səbəb oldu. Brent markalı neftin qiyməti bir gecədə barrel üçün 119,5 dollara çatdıqdan sonra, qaz bazarı aprel fyuçers müqaviləsinin təxminən 30% artması ilə açılıb.

Niderlanddakı TTF mərkəzində təbii qaz müqaviləsinin qiyməti 29,4% artaraq MVt/saat üçün 69,5 avroya və ya 1000 kubmetr üçün 842,7 dollara çatdı. Bu səviyyədə qaz ticarəti sonuncu dəfə üç ildən çox əvvəl, 13 yanvar 2023-cü ildə baş tutmuşdu.

Daha sonra qaz qiymətlərinin hərəkəti yavaşladı. Son məlumata görə, müqavilə qiyməti əvvəlki ticarət sessiyasının bağlanışından 17,02% artaraq 1000 kubmetr üçün 758,2 dollara çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...