Modern.az

Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən DANIŞDI

Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən DANIŞDI

İqtisadiyyat

Bu gün, 18:10

Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir. Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq.

Modern.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Antonio Koşta bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatlarını gücləndirəcəyini vurğulayaraq deyib: “Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV