Azərbaycanda ərzaq malları satılan marketlər şəbəkəsinin filialları artmaqdadır. Bəzi ərazilərdə eyni adlı marketin sıx – 100-150 metr məsafədə fəaliyyət göstərməsi, yaşayış komplekslərinin həyətində yerləşdirilməsi müşahidə olunur.
Belə marketlər şəbəkəsinin çox olması şəraitində kiçik sahibkarların, ticarətlə məşğul alan kiçik market sahiblərinin fəaliyyəti çətinləşir. Hətta sıradan çıxmış yüzlərlə kiçik marketlər var.
İqtisadçı ekspert Eyyub Kərimli Modern.az-a açıqlamasında bildirib ki, gedən proseslər təbii iqtisadi mənzərədir:
“Biz tərəfdarıyıq ki, istehlakçıların hüquqları qorunsun. Marketlərin çoxalması alıcıların kəmiyyət və keyfiyyətə tələbatının ödənilməsi baxımından məqbul haldır”.
O qeyd edib ki bunun üçün heç bir qanunvericilik hüququ yoxdur:
“Gözləmirəm ki, bununla bağlı hər hansı qanun layihəsi hazırlansın”.
Eyyub Kərimli deyib ki, bəzi Avropa ölkələrində belə marketlərin mərkəzləşdirilməsi var:
“Mən market üçün bəzi ölkələrdə 70 kilometrlərlə yol yetmişəm. Bizdə isə bu xidmət sıx təmin olunub. Şəbəkə filiallarının çoxalması nəticəsində kiçik sahibkarların fəaliyyələrinin dayandırılması təbii haldır. Tələbata cavab verə bilməyən biznes subyekti sıradan çıxacaq”.