"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsi Bakı şəhərində irimiqyaslı təmir-tikinti layihəsinə start verir.
Modern.az xəbər verir ki, qurum tərəfindən elan edilən satınalma müsabiqəsinə əsasən, 1 saylı Bakı Ərazi İdarəsinin Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Sözügedən infrastruktur layihəsinin icrası üçün 8 milyon 938 min 796 manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır.
Layihə çərçivəsində binanın müasir standartlara uyğunlaşdırılması, torpağın hazırlanması və strukturun yenidən qurulması nəzərdə tutulub.