Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə daxilində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə genişmiqyaslı satınalma elan edib.
Modern.az xəbər verir ki, tender müsabiqəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün zəruri olan mal-materialların və digər ləvazimatların tədarükünü nəzərdə tutur.
Təşkilat layihənin icrası üçün 7 867 307,43 azn müəyyən edib.