Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
Qeyd edək ki, Fərman 6 mart 2026-cı ildə imzalanıb və qüvvəyə minib.
Xatırladaq ki, Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ali Məclisin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə 27 aprel 2018-ci ildə yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun müvafiq Fərmanı ilə 2 may 2023-cü ildə Naxçıvan İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib (Trend).