Modern.az

Azərbaycanda 4 bank cərimələndi

Azərbaycanda 4 bank cərimələndi

İqtisadiyyat

Bu gün, 13:57

2026-cı ilin ilk ayları bank sektoru üçün sakit keçməyib. Azərbaycan Mərkəzi Bankı bir aparıcı bankda pozuntular aşkarlayıb və inzibati tədbirlər tətbiq edib. Qərarların əsas səbəbi isə prudensial hesabatların düzgün tərtib olunmaması və vaxtında təqdim edilməməsidir.

Modern.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına görə, “Kapital Bank”, “AFB Bank”, “Xalq Bank” və “Yapı Kredi Bank” Azərbaycan eyni xarakterli pozuntuya yol veriblər. Banklar prudensial hesabatların forması məzmunu və təqdim edilməsi qaydalarını pozduqları üçün inzibati məsuliyyətə cəlb olunublar.

Qanunvericiliyin tələblərinə əsasən, “Kapital Bank”, “Xalq Bank” və “Yapı Kredi Bank” Azərbaycan 1500 manat məbləğində cərimələnib “AFB Bank” isə daha yüksək məbləğdə 2000 manat cərimə ödəməli olub. 

Diqqət çəkən məqamlardan biri isə bəzi hallarda yalnız cərimə ilə kifayətlənilməməsidir. Belə ki, “AFB Bank” inzibati vəzifələrə təyinat və dəyişikliklər barədə Mərkəzi Banka vaxtında məlumat vermədiyi üçün əlavə nəzarət tədbiri ilə üzləşib Banka daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Oxşar hal “Rabitəbank” ilə bağlı da qeydə alınıb. Kreditlərin rəsmiləşdirilməsi zamanı qanun pozuntusu ilə bağlı Mərkəzi Banka məlumatın gecikdirilməsi səbəbindən banka xəbərdarlıq olunub və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi tələb edilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!