Modern.az

Azərbaycanda ən çox vergi ödəyən MARKETLƏR

Azərbaycanda ən çox vergi ödəyən MARKETLƏR

İqtisadiyyat

Bu gün, 17:42

2025-ci il üzrə Azərbaycanda dövlət büdcəsinə ən çox vergi ödəyən 100 şirkət arasında bir neçə iri market şəbəkəsi də yer alıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya əsaslanır. Siyahıya yalnız məlumatlarının açıqlanmasına razılıq verən vergi ödəyiciləri, həmçinin dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla ən yüksək hesablamalara malik şirkətlər daxil edilib.

Məlumata görə, marketlər arasında ən yüksək vergi ödəyicisi “Araz Supermarket” MMC olub. Şirkət ötən il 46,4 milyon manat vergi ödəyib ki, bu da 2024-cü illə müqayisədə 9,7 milyon manat və ya 26,4% çoxdur.

Digər iri pərakəndə şəbəkələrə gəlincə, “Oba Market” MMC 25,9 milyon manat (illik artım 2,4 milyon manat və ya 10,2%), “Azərbaycan Supermarket” MMC (Bravo) 21,2 milyon manat (0,4 milyon manat və ya 1,9% artım), “Al Market” MMC 20 milyon manat (3,2 milyon manat və ya 13,8% azalma), “Bazarstore” MMC isə 17,8 milyon manat (3,7 milyon manat və ya 26,2% artım) vergi ödəyib.

Beləliklə, iri market şəbəkələrinin ödədiyi vergilər ötən il də büdcə daxilolmalarında əhəmiyyətli paya malik olub. Ötən ilin ən çox vergi ödəyən marketlərinin siyahısı aşağıdakı cədvəldə təqdim olunur.

S/N

Şirkətin adı

Ödənilmiş vergilər - 2025
(Milyon manat)

Ödənilmiş vergilər - 2024
(Milyon manat)

Dinamika
(Milyon manat / %)

1

"Araz Supermarket" MMC

46,4

36,7

9,7 milyon manat / 26,4%

2

"Oba Market" MMC

25,9

23,5

2,4 milyon manat / 10,2%

3

"Azərbaycan Supermarket" MMC

21,2

20,8

0,4 milyon manat / 1,9%

4

"AL Market" MMC

20

23,2

 -3,2 milyon manat / -13,8%

5

"Bazarstore" MMC

17,8

14,1

3,7 milyon manat / 26,2%

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada